
- A-
- A
- A+
Azərbaycan və Gürcüstan arasında yeni sənəd İMZALANACAQ - DETALLAR
Sentyabrın 28-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin 20-ci iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Videokonfrans formatında təşkil olunan tədbirə DGK-nın sədr müavini, gömrük-xidməti general mayoru Cavad Qasımov sədrlik edib.
İclasda Azərbaycan ilə yanaşı, CAREC üzv ölkələrinin nümayəndələri, eləcə də Asiya İnkişaf Bankının, Ümumdünya Gömrük Təşkilatının və BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanın Baş naziri Azərbaycana gələcək
C.Qasımov bildirib ki, tədbirin əsas məqsədi ticarətin asanlaşdırılması və sərhəd-keçid proseslərində davamlı təchizat zəncirinin təmin edilməsi, pandemiya və postpandemiya dövründə avtomatlaşdırılma prosesləri və innovativ texnologiyalar, kağızsız ticarətin tətbiqinə dair fəaliyyət, "CAREC inteqrasiya edilmiş Ticarət gündəliyi 2030" və onun "2021-2023-cü illər üçün Strateji Fəaliyyət Planı", eləcə də digər aidiyyəti məsələlər ətrafında müzakirələrin aparılmasından ibarətdir.
İclasda CAREC nümayəndəsinin təklifi ilə "CAREC-in təkmilləşdirilmiş tranzit sisteminin və məlumatların ümumi mübadiləsinin pilot yoxlanılmasına dair üçtərəfli Saziş" layihəsinin Azərbaycan ilə Gürcüstan arasında imzalanması istiqamətində işlərin başlanılmasına dair qərar qəbul edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































