İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Hissein Brahim Taha olacaq

Hazırda oxunan: İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Hissein Brahim Taha olacaq

3818

Çadın sabiq xarici işlər naziri Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi olacaq.

Nigerin paytaxtı Niameydə başa çatmış İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasının iştirakçıları onun namizədliyini dəstəkləyib. Yeni Baş katib səlahiyyətlərinin icrasına 2021-ci ilin noyabrında başlayacaq.

Bizim.Media xəbər verir ki, sessiyada çıxış edən İƏT-in hazırkı Baş katibi Yusif Əl-Osaymin xələfini təbrik edib. Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faysal bin Fərhan nazirlər adından Hissein Brahim Tahanı təbrik edərək ölkəsinin ona hər cür dəstək göstərəcəyini deyib. O, təşkilatın fəaliyyətində böyük xidmətlərinə görə Yusif Əl-Osayminə təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO