Əfqanıstanda terror aktı, ölənlər var

Hazırda oxunan: Əfqanıstanda terror aktı, ölənlər var

3817

Əfqanıstanın Qəzni şəhərində baş vermiş partlayış nəticəsində azı 26 nəfər həlak olub, 16 nəfər yaralanıb. Bizim.Media bildirir ki, bu barədə “1TV” telekanalı xəbər verib.

Məlumata görə, qurbanların və yaralananların hamısı Əfqanıstan ordusunun hərbçiləridir. İlkin versiyaya görə, minalanmış avtomobil Əfqanıstan Silahlı Qüvvələrinin bazasının yaxınlığında partladılıb. “Sinxua” agentliyinin verdiyi xəbərə görə, partlayışdan əvvəl atışma olub.

Əfqanıstanın bu regionunda fəaliyyət göstərən ekstremist qruplaşmaların heç biri baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO