Koronavirusa yoluxma sayı yenə artdı – GÜNLÜK STATİSTİKA

Koronavirusa yoluxma sayı yenə artdı – GÜNLÜK STATİSTİKA

Hazırda oxunan: Koronavirusa yoluxma sayı yenə artdı – GÜNLÜK STATİSTİKA

37558

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 470 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430 717 nəfər müalicə olunaraq sağalıb, 6 280 nəfər vəfat edib. 33 988 nəfər aktiv xəstə sayını təşkil edib. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 666, bu günə qədər isə ümumilikdə 4 731 381 test icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO