Rusiya Azərbaycanın 8 müəssisəsindən alma tədarükünə icazə verdi - SİYAHI

Rusiya Azərbaycanın 8 müəssisəsindən alma tədarükünə icazə verdi - SİYAHI

Hazırda oxunan: Rusiya Azərbaycanın 8 müəssisəsindən alma tədarükünə icazə verdi - SİYAHI
32007
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın “Rosselxoznadzor” dövlət qurumu avqustun 10-dan etibarən Azərbaycanın 8 müəssisəsindən alma tədarükünə icazə verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Xidmətin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, bu qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən alma yetişdirən şirkətlərin fitosanitar monitorinqinin nəticələrinə dair məlumatların təhlili əsasında qəbul edilib. Təchizat agentlik tərəfindən təmin ediləcək.

Rusiya Federasiyasına alma idxalına icazə verilən şirkətlərin siyahısı “Rosselxoznadzor”un saytında yerləşdirilib.

1.  "Aqroline" (Qusar şəhəri)

2.  "ECO FRUİTS" (Qusar rayonu)

3.  "NİAB" (Nəsimi rayonu)

4.  Mail Kişiyev İsmayıl oğlu (Nərimanov rayonu)

5.  "GF Company" (Nərimanov rayonu)

6.  "M-AGROFRESH" (Qusar rayonu)

7.  "EL FRUİTS" (Nizami rayonu)

8.  Həsənov Müsbət Müzəffər (Şəmkir rayonu).

Xəbər verdiyimiz kimi, 10 dekabr 2020 -ci ildən etibarən “Rosselxoznadzor” Rusiya Federasiyasına pomidor və alma tədarük etməyi məhdudlaşdırmışdı.

Sonralar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı danışıqlar və məlumatların təhlili nəticəsində 187 Azərbaycan istehsalçısına pomidorların tədarükünə icacə verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO