Rusiyanın 60 milyonluq gəmisi belə vuruldu - ANBAAN VİDEO

Rusiyanın 60 milyonluq gəmisi belə vuruldu - ANBAAN VİDEO

Hazırda oxunan: Rusiyanın 60 milyonluq gəmisi belə vuruldu - ANBAAN VİDEO
269841
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 10-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə bağlı xüsusi təyinatlı qüvvələr Qara dəniz akvatoriyasında Rusiya Qara dəniz donanmasına məxsus çoxfunksiyalı MPSV07 layihəli gəmilərdən birinə hücum ediblər.

Bizim.Media xəbər verir ki, informasiyanı İdarənin özü yayıb.

Məlumata görə, bu tip gəmilərdən biri 2015-ci ildə istismara verilib, dəyəri isə təxminən 60 milyon ABŞ dollarıdır. Ümumilikdə Rusiya donanmasının belə dörd gəmisi var.
 

MPSV07 layihəli çoxfunksiyalı gəmilər sualtı əməliyyatlar üçün nəzərdə tutulub. Onlar müasir avadanlıqlarla, o cümlədən sualtı dalğıc kompleksləri, uzaqdan idarə olunan aparatlarla və radioelektron kəşfiyyat vasitələri ilə təchiz edilib. Gəmilər həmçinin dəniz dibinin tədqiqi və monitorinqi üçün istifadə olunur.


Ukrayna tərəfi bildirir ki, əməliyyat nəticəsində gəmiyə ciddi ziyan dəyib. Rusiya tərəfi isə hücum barədə rəsmi açıqlama verməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO