Şəmkirdə DƏHŞƏT: 15 yaşlı qız ana oldu – 2-ci övladına da hamilədir

Şəmkirdə DƏHŞƏT: 15 yaşlı qız ana oldu – 2-ci övladına da hamilədir

Hazırda oxunan: Şəmkirdə DƏHŞƏT: 15 yaşlı qız ana oldu – 2-ci övladına da hamilədir
269552
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəmkirdə 29 yaşlı oğlan qonşularında yaşayan, 16 yaşı tamam olmayan qızla qeyri-rəsmi şəkildə ər-arvad kimi yaşayıb. Onların övladları dünyaya gələndə isə cinayətin üstü açılıb.

Bizim.Media musavat.com-a istinadla xəbər verir ki, 29 yaşlı Rasim (adı şərtidir) zərərçəkmiş kimi tanınan Günellə (adı şərtidir) bir məhəllədə yaşayıblar.

Günelin atası illər öncə dünyasını dəyişib. Nənəsi və anası ilə birlikdə yaşayan Günel 2008-ci il təvəllüdlüdür. Günel anasını da itirdikdən sonra Rasimlə birlikdə yaşamağa başlayıb. Rasim deyib ki, Günel başsız və ortalıqda qalmasın deyə onu öz evinə gətirib. Onunla birlikdə ər-arvad kimi yaşamağa başlayıblar. Onlar arasında rəsmi nikah olmayıb.

Rasimin evinə gedən zaman Günelin 15 yaşı olub. Günel hamilə olandan sonra hüquq-mühafizə orqanları məsələni araşdırmağa başlayıb.

Rasim 14 yaşı tamam olmuş, lakin 16 yaşa çatmamış qızla cinsi münasibətdə olmağa görə cinayət məsuliyyətinə cəlb olunub. Hər iki tərəf iş üzrə dindirilən zaman bir-birini sevdiklərini, ər-arvad kimi yaşadıqlarını deyiblər.

Araşdırma zamanı məlum olub ki, Günel ikinci övladına da hamilədir.

Məhkəmə Rasim barəsində bir il şərti cəza təyin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO