Almaniyalı jurnalistlər QUSARDA - FOTO

Almaniyalı jurnalistlər QUSARDA - FOTO

Hazırda oxunan: Almaniyalı jurnalistlər QUSARDA - FOTO
269377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin 7–14 sentyabr tarixlərində Almaniyanın nüfuzlu “Berliner Zeitung” qəzetinin jurnalistləri Thomas Fasbender və Leo Razumovski Azərbaycanda səfərdə olacaqlar. Onlar Bakı ilə yanaşı, bölgələrə də baş çəkərək, tarixi və dini abidələrlə tanış olacaq, multikulturalizm və dinlərarası dialoq mövzularında müvafiq şəxslərlə görüşlər keçirəcəklər.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, sentyabrın 8-də jurnalistlər Qusarın icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovla görüşüblər.

Görüşdə Qusar rayonunda son illərdə həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələri, əhalinin rifahına yönəlmiş tədbirlər, eləcə də tolerant mühitin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində qonaqlar həmçinin Qusar rayonunun qədim yaşayış məskənlərindən biri olan Hil kəndində də olublar.

Almaniyalı jurnalistlər QUSARDA - FOTO - foto 1
Almaniyalı jurnalistlər QUSARDA - FOTO - foto 2
Almaniyalı jurnalistlər QUSARDA - FOTO - foto 3


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO