İranda yanacaq anbarında güclü yanğın baş verib - VİDEO

İranda yanacaq anbarında güclü yanğın baş verib - VİDEO

Hazırda oxunan: İranda yanacaq anbarında güclü yanğın baş verib - VİDEO
260639
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən axşam saatlarında İranın Səravan şəhərinin Kuhak kəndində yanacaq anbarında güclü yanğın baş verib.

Bizim.Media Azad İran-a istinadən xəbər verir ki, kənddə yanğınsöndürmə xidmətinin olmaması yanğının nəzarətə alınmasını xeyli çətinləşdirib.

Yanğında istifadə edilən maşınlardan biri tamamilə yanaraq yararsız hala düşüb. Hazırda insan itkisi və ya yaralanmalarla bağlı rəsmi məlumat verilməyib.

Yerli sakinlər bildirirlər ki, bölgədə sabit iş yerlərinin olmaması səbəbilə bir çox insan risklərə baxmayaraq, yanacaq daşımaqla məşğul olur.

Bu da bənzər təhlükəli hadisələrin tez-tez baş verməsinə şərait yaradır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO