Cəlilabadda meşəlik ərazi yanır - FOTO/VİDEO

Cəlilabadda meşəlik ərazi yanır - FOTO/VİDEO

Hazırda oxunan: Cəlilabadda meşəlik ərazi yanır - FOTO/VİDEO

260019

Cəlilabadda meşəlik ərazidə yanğın başlayıb. Hadisə rayonun Zopun kəndi ərazisindəki meşə örtüyünün sıx olduğu hissədə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yanğınsöndürmə texnikası cəlb olunub.

Alovun ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür, yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

Təxminən 4 hektar ərazidə meşə fonduna və bələdiyyə torpağına aid ərazidə yanğın davam edir. Əraziyə 5 yanğından mühafizə xidmətinin texnikası cəlb edilib. Külək surətləndiyindən yanğının ərazisi genişlənir.








Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO