Ayaqlarını itirən bu qızlar bəlkə də dünya gözəlləri seçilərdilər... - FOTO

Ayaqlarını itirən bu qızlar bəlkə də dünya gözəlləri seçilərdilər... - FOTO

Hazırda oxunan: Ayaqlarını itirən bu qızlar bəlkə də dünya gözəlləri seçilərdilər... - FOTO
251575
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu ukraynalı qızlar gözəllik yarışmasında iştirak etsəydilər, bəlkə də dünya gözəlləri seçilərdilər”.

Bizim.Media “Ölkə.az”a istinadən xəbər verir ki, bu fikirləri təhlükəsizlik eksperti, sabiq MTN zabiti İlham İsmayıl son günlər sosial şəbəkələrdə geniş yayılmış və dərin təsir doğurmuş bir foto vasitəsilə ukraynalı qadın əsgərlərə olan ehtiramını ifadə edərkən deyib.

“Amma bu gözəllər vətəni qorumağı hər şeydən üstün bildilər. Gözəl ayaqlarını itirdilər, şəkildə gördüyünüz kimi, biri hər ikisini, üçü də bir ayağını itirib. Onların üzündəki təbəssümə, sevincə baxın. İtirdikləri gözəl ayaqları, qazandıqları Ukraynadır!
 

Bu qızlar ayaqsız da gözəldir. (Yadıma “Dövlət bəyin ölüsü də gözəldir” düşdü.) Ona görə də sizləri yalnız ukraynalılar deyil, bütün vicdanlı insanlar sevir. Kişilər bəzən qadınları ayaqlarının gözəlliyinə görə sevirlər, xoşlayırlar. İnanıram ki, vətən yolunda itirdiyiniz ayaqlarınıza görə sizlərin daha çox sevəni olacaq. Və yəqin ki, artıq var. Slava Ukrainı” Qeroyam Slava!”, - deyə İ.İsmayıl qeyd edib.


Qeyd edək ki, fotoda ayaqlarını itirmiş dörd qadın hərbçi yer alır. Onların üzlərindəki qürurlu və nikbin baxışlar isə Ukraynanın azadlıq uğrunda apardığı mübarizənin simvoluna çevrilib.

Ayaqlarını itirən bu qızlar bəlkə də dünya gözəlləri seçilərdilər... - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO