ABŞ Qarabağda olmaq istəyirsə... - ŞƏRTİ AÇIQLANDI

Hazırda oxunan: ABŞ Qarabağda olmaq istəyirsə... - ŞƏRTİ AÇIQLANDI

24408

“ABŞ və Türkiyə liderlərinin görüşü əlbəttə ki, regionda gedən proseslərlə bağlıdır. Həmçinin son dövrlər Türkiyə ilə Amerika arasında müəyyən dərəcədə strateji fikir ayrılıqlarında ortaq məxrəcə gəlmək gözləntisi də var” deyən Məhəmməd Əsədullazadə hər iki dövlətin NATO müttəfiqi olmasını da xatırlatdı.

Bizim.Media-ya politoloqun açıqlamasında o da bildirildi ki, Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Əfqanıstan və müxtəlif regional məsələr barədə iki lider arasında danışıqlar aparılacaq.

Həm Ankara, həm də Vaşinqtiondan verilən mesajlara baxanda aydın olur ki, tərəflər Qarabağla bağlı müəyyən fikir mübadiləsi aparacaqlar:
 

MÖVZU İLƏ BAĞLI:

Köçəryan Azərbaycan hərbçilərinin qəhrəmanlığından danışdı: “Şuşaya texnikasız daxil oldular”


“Co Bayden Administrasiyasının Cənubi Qafqaz siyasəti artıq yeni mərhələyə qədəm qoyur və Ağ Ev Cənubi Qafqazda Türkiyənin fəaliyyətini dəstəkləmək kursu götürüb. Hətta amerikalıların Qarabağla bağlı Ankara ilə birgə fəaliyyəti də nəzərdə tutulub. Baydenlə görüşdən sonra cənab Ərdoğan birbaşa Azərbaycana gəlməklə özü ilə Vaşinqtonun da Bakıya mesajlarını gətirəcək. Düşünürəm ki, bu, müəyyən dərəcədə Azərbaycanın da maraqlarına cavab verir. 

Çünki Rusiya təzyiqlərinin müəyyən dərəcədə neytrallaşdırılmasında Birləşmiş Ştatların da rolu əhəmiyyət kəsb edir”

O ki qaldı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpasına...

“Bu,  Azərbaycanın maraqlarına cavab vermir. Həm də Vaşinqton burada öz mövqelərini gücləndirməyə çalışır. Amma Ağ Ev ATƏT-in Minsk Qrupunun yenidən fəaliyyətə başlamasını istəyirsə, bu yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və humanitar məsələlərin həllinə kömək edə bilər.
 

Bir də azərbaycanlıların Xankəndi, Ağdərə kimi ərazilərə köçürülməsini özündə ehtiva edir. Lakin Azərbaycan status məsələlərinin qabardılmasına razı olmayacaq. Vaşinqton bunu istəyirsə, heç Ankara da buna getməyəcək. 


ABŞ və Türkiyənin birgə fəaliyyəti Azərbaycanın əleyhinə olmaz. Ankara Vaşinqtonla uzlaşacaq və bu, Bakının lehinə olan qərarların qəbuluna, Rusiya-Ermənistan tandeminin zərərsizləşdirilməsinə bir töhfə verər”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO