Köçəryan Azərbaycan hərbçilərinin qəhrəmanlığından danışdı: “Şuşaya texnikasız daxil oldular”

Hazırda oxunan: Köçəryan Azərbaycan hərbçilərinin qəhrəmanlığından danışdı: “Şuşaya texnikasız daxil oldular”

24287

“2-ci Qarabağ müharibəsində düşmənin havadan böyük üstünlüyü var idi. İlk günlərdə onun irəliləməsini təsirsiz hala gətirə bilərdik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri, Baş nazir kreslosuna namizəd Robert Köçəryan Talin sakinləri ilə görüşündə bildirib.

Keçmiş prezident əks-hücum cəhdini “böyük səhv addım” adlandırıb:

“Bu, Ermənistan ordusuna istehkamın ikinci xəttində möhkəmlənməsinə imkan vermədi. Səfərbərlik də o qədər qeyri-mütəşəkkil aparıldı ki, bölmələr yaradıb düşməni dayandıra bilmədilər”.

Robert Köçəryan Şuşayın işğaldan azad edilməsi məsələsinə də toxunub:

“Azərbaycanlılar Şuşaya texnikasız daxil oldular. Pikapla Hadrutdan meşələrin arası ilə gəldilər”.

Robert Köçəryan bütün situasiyanın konkret bir insan (Paşinyanı nəzərdə tutur) üzündən meydana gəldiyini bildirib:

"Güllə keçirməyən jiletlərin olmadığı barədə çərənləyirsən, sanki düşmənə “xoş gəldin” deyərək mesaj göndərirsən. Yəni bununla bildirmək istəyirsən ki, təzyiqi artırsanız, məqsədinizə çatarsınız".

“Rusiya Prezidentinin ardıcıl köməyi olmasaydı, indi qoruyub saxlanılan ərazini də hakimiyyət təslim edəcəkdi”, deyə Köçəryan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO