
- A-
- A
- A+
“Zirə”nin futbolçusu İngiltərə klublarının DİQQƏT MƏRKƏZİNDƏ
"Zirə"nin futbolçusu Salifu Suma yay transfer dönəmində klubdan ayrılmaq istəyir.
Bizim.Media xəbər verir ki, 21 yaşlı vinger növbəti mövsümdən yeni çağırış axtarışındadır.
Qvineyadan olan oyunçunu ona gələn təklifləri dəyərləndirmək niyyətindədir.
Bolqarıstan təmsilçisi "CSKA Sofiya" da onunla ciddi şəkildə maraqlanır. Bundan əlavə, afrikalı futbolçu İngiltərədə Çempionşip komandalarının da diqqət mərkəzindədir.
Qeyd edək ki, daha əvvəl Ukraynada Kiyev "Dinamo"su və LNZ-nin, Türkiyədə "Beşiktaş"la "Fənərbağça"nın, həmçinin, Fransada "Qrenobl" ilə "Monako"nun Salifu Sumanı yaxından izlədiyini yazmışdıq. Onun "Zirə" ilə 2027-ci ilin yayınadək müqaviləsi var. Vinger 2023-cü ilin yayında 100 min avro qarşılığında Fransanın "Havr" komandasından transfer olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































