Tofiq Zülfüqarov: "Ermənistanda seçkiqabağı dəqiqləşdirmələr gedir"

Hazırda oxunan: Tofiq Zülfüqarov: "Ermənistanda seçkiqabağı dəqiqləşdirmələr gedir"

23287

“Sərhəddəki təxribatların hamısının əsas məqsədi ondan ibarət idi ki, münaqişə zonasını yaradıb vasitəçiliyi bərpa eləsinlər. İlk növbədə Minsk Qrupunun.”

Bizim.Media-ya özəl açıqlamasında bu sözləri deyən eks xairici işlər naziri, politoloq Tofiq Zülfüqarov Paşinyanın ad günündə Emanuel Makronun bəyanatlarını və Azərbaycan XİN-in cavab açıqlamasını da şərh etdi.

Bununla yanaşı, politoloq bildirdi ki, ermənilərin sərhədboyu gərginlik yaratmaq cəhdləri ardıcıl şəkildə həyata keçirilən və koordinasiya olunmuş addımlardır:

“Hesab edirəm ki, Azərbaycan daha qəti şəkildə mövqe bildirməlidir. Ümumiyyətlə, Minsk Qrupunun mandatı bitib deyə onun fəaliyyətini dayandırmaq lazımdır. Artıq Minsk Qrupuna ehtiyac yoxdur. Heç onların əsas məqsədləri təbii ki, sərhəd deyil. Əsas məqsədləri digər mövzulardır və ermənilərin istədiyi kimi status məsələsinin müzakirəsinin bərpasıdır. Buna nail olmaq üçün sərhəddən başlayıblar. Amma bundan sonra hansısa başqa mövzuların da ortaya çıxması istisna olunmur”

Tofiq Zülfüqarov regionda baş verənlərlə bağlı ikinci maraqlı məsələyə də toxundu:

“Artıq bəyan olunub ki, Ermənistan üçtərəfli komissiyada öz fəaliyyətini dayandırır. Bununla da bir növ bəyanatın bu və ya digər şəkildə şübhə altına qoyulması mövzusu gündəmə gəlib. Yəni, İrəvan faktiki olaraq üzərinə düşən öhdəliklərdən qismən də olsa imtina edib. Çox maraqlı hadisələr baş verib. Burada əsasən Qərb-Rusiya qarşıdurması göz qabağındadır, bəlkə də Türkiyə-Qərb problemləri də sezilir. Ermənistandakı seçkilərin də əsas mövzusu elə budur ki, İrəvan gələcəkdə hansı siyasəti reallaşdıracaq. Bu baxımdan, proseslərin bir-birilə bağlılığı mövcuddur”. 

Politoloq sonda vurğuladı ki, Minsk Qrupunun vasitəçiliyindən Azərbaycanın imtina etməsi üçün artıq məqam yetişib.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO