Tramp Ukrayna və Qəzzadakı münaqişələri necə həll edəcəyini AÇIQLADI

Tramp Ukrayna və Qəzzadakı münaqişələri necə həll edəcəyini AÇIQLADI

Hazırda oxunan: Tramp Ukrayna və Qəzzadakı münaqişələri necə həll edəcəyini AÇIQLADI
229909
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna və Yaxın Şərqdəki münaqişələri necə həll edəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə "Newsmax"a müsahibəsində danışıb.

O, Ukrayna münaqişəsinin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməli olduğunu söyləyib və hər iki liderin bu görüşü gözlədiyini qeyd edib.

O həmçinin bildirib ki, müəyyən tədbirlərin həyata keçirilməsi üçün dövlət başçısı vəzifəsinin icrasına başlamaq lazımdır:

"Bilirəm ki, Vladimir Putin görüşmək istəyir. Mən də tezliklə görüşmək istəyirəm. Amma əvvəlcə ABŞ prezidenti olmaq lazımdır".

Trampın sözlərinə görə, görüşün keçirilməsini və münaqişənin həllini sürətləndirmək istəyi döyüş meydanında böyük insan itkisi ilə bağlıdır.

ABŞ-ın yeni seçilmiş Prezidenti, həmçinin Qəzza sektorunda vəziyyətin nizamlanması ilə bağlı şərh verib. O qeyd edib ki, Qəzza sektorunda atəşkəs və HƏMAS-ın əlində olan girovların azad edilməsi ilə bağlı razılaşma tezliklə əldə olunacaq:

"Biz bunu başa çatdırmağa çox yaxınıq. Onlar bunu etməlidirlər. Etməsələr, heç vaxt görmədikləri bir çox problemlərlə üzləşəcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO