Sxadadze: “Qarabağ” Avropada oynayır, biz isə 1-ci liqada”

Sxadadze: “Qarabağ” Avropada oynayır, biz isə 1-ci liqada”

Hazırda oxunan: Sxadadze: “Qarabağ” Avropada oynayır, biz isə 1-ci liqada”
223737
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" Azərbaycanda son 15 ilin ən yaxşı komandasıdır. Öz məşqçisi, heyəti, oyunçuları ilə onlar bunu sübut ediblər”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

O, bu gün “Qarabağ”a qarşı keçirilən və 0:2 hesabı ilə uduzduqları Azərbaycan kubokunun 1/8 final mərhələsinin matçı barədə danışarkən klubun saytına deyib:

“Mən oyunçularıma təşəkkürümü bildirir, onlara “çox sağ ol” deyirəm. Çox yaxşı, çəkinmədən oynadılar. Sonadək mübarizə apardılar. Əlbəttə ki, komandalar arasında ciddi fərq var".

Sxadadze "Qarabağ" haqda danışarkən həmçinin bildirib:

"Rəqibimizin fərdi bacarıqlarına görə bizdən güclü olan futbolçuları çox idi. Təbii ki, qarşımızdakı komanda "Qarabağ"dır, bu da normaldır. Onlar Avropada, biz isə 1-ci Liqada oynayırıq. Bir daha qeyd edirəm ki, futbolçularımın gördüyü iş yüksək səviyyəlidir. Onların əziyyətini qiymətləndirirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO