Güləşçimiz karyerasını bərpa edir

Güləşçimiz karyerasını bərpa edir

Hazırda oxunan: Güləşçimiz karyerasını bərpa edir
223657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Karyerasını bitirən Azərbaycan güləşçisi Murad Süleymanov (86 kq) yenidən xalçaya qayıdacaq.

Bizim.Media xəbər verir ki, sərbəst güləşdə mübarizə aparacaq idmançı 5 illik fasilədən sonra yarışa qatılacaq.

Eyni növdə Süleymanovla yanaşı, müəyyən müddətdir güləşməyən qitə birinciliklərinin mükafatçıları Əfqan Xaşalovla Mahir Əmiraslanov (hər ikisi 61 kq) da Azərbaycan çempionatında güclərini yoxlayacaqlar.

Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnərək medalsız qalan yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) da yarışda iştirakı gözlənilir. Həmçinin “klassiklər” arasında son dünya çempionları Nihat Məmmədli (60 kq) ilə Ülvi Qənizadə (72 kq) də ölkə çempionatına qatılacaqlar.

Qeyd edək ki, 4 gün olacaq Azərbaycan çempionatında dekabrın 24-25-də yunan-Roma, növbəti 2 gündə isə sərbəst güləşçilər medal uğrunda yarışacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO