Tovuzdakı oyunda üzücü olay - Futbolçunun ayağı qırıldı - FOTO

Tovuzdakı oyunda üzücü olay - Futbolçunun ayağı qırıldı - FOTO

Hazırda oxunan: Tovuzdakı oyunda üzücü olay - Futbolçunun ayağı qırıldı - FOTO
223568
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan kubokunun 1/8 final mərhələsinin bu gün keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı üzücü hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, matçın 20-ci dəqiqəsində meydan sahibi komandasının müdafiəçisi Denis Marandiçi ağır zədə alıb. 

Hadisə “Sabah”ın hücumu zamanı baş verib. Bakı təmsilçisinin kapitanı Pavol Safrankonun rəqibin cərimə meydançasında qüvvətli zərbəsi topa deyil, təhlükəli vəziyyəti uzaqlaşdırmaq istəyən Marandiçinin arxadan topuq nahiyəsinə dəyib.

Bu zaman moldovalı futbolçu yerə uzanıb və onun şiddətli ağrının təsirindən bağırtısı teleekran başından belə eşidilib.

Dərhal meydana təcili tibbi yardım maşını daxil olub və Marandiçi xəstəxanaya aparılıb. İstəməyərəkdən rəqibin ayağına zərbə endirən slovakiyalı Safranko isə həmin anda çox məyus olub. O, bunu hətta dizlərini yerə qoymaqla da ifadə edib. Bu zaman ona komanda yoldaşları dəstək veriblər.

Tovuzdakı oyunda üzücü olay - Futbolçunun ayağı qırıldı - FOTO - foto 1
Tovuzdakı oyunda üzücü olay - Futbolçunun ayağı qırıldı - FOTO - foto 2
Tovuzdakı oyunda üzücü olay - Futbolçunun ayağı qırıldı - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO