Mirzoyan: "COP29 konfransı üçün Bakıya səfərlə bağlı hələlik qərar yoxdur" - VİDEO

Mirzoyan: "COP29 konfransı üçün Bakıya səfərlə bağlı hələlik qərar yoxdur" - VİDEO

Hazırda oxunan: Mirzoyan: "COP29 konfransı üçün Bakıya səfərlə bağlı hələlik qərar yoxdur" - VİDEO
218577
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan erməni jurnalistlərin COP29 konfransı üçün Bakıya səfərlə bağlı qərarın olub-olmaması ilə bağlı sualına “Xeyr” cavabını verib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri erməni mətbuatı yayıb.

Xatırladaq ki, Ermənistan hakimiyyəti bundan əvvəl BMT-nin Azərbaycanda keçiriləcək böyük tədbirində iştirak etmək üçün dəvət alıb. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu tədbirdə iştirakla bağlı hələ də qərar yoxdur.

Ancaq Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan mövzu ilə bağlı bildirib ki, Bakıya getmək qərarına “bir çox məsələ” təsir edə bilər.

"Hraparak" saytı isə yazıb ki, Mirzoyan COP29 İqlim Konfransında iştirak etmək niyyətindədir.

Qeyd edək ki, BMT-nin COP29 iqlim konfransı noyabrın 11-22-də Bakıda keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO