Belarus klubu avrokubok oyunlarını Sumqayıtda KEÇİRƏCƏK

Belarus klubu avrokubok oyunlarını Sumqayıtda KEÇİRƏCƏK

Hazırda oxunan: Belarus klubu avrokubok oyunlarını Sumqayıtda KEÇİRƏCƏK
207481
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Minsk “Dinamo”su avrokuboklarda qrup mərhələsinin ev oyunlarını Azərbaycanda keçirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Belarus 5” telekanalı məlumat yayıb. Hazırda Avropa Liqasının pley-offunda iştirak edən Belarus təmsilçisi Belçika “Anderlext”inə qalib gəlsə, bu turnirin, məğlub olsa, Konfrans Liqasının qrupunda çıxış edəcək. 

Bildirilib ki, “Dinamo” rəqiblərini Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qəbul edəcək. Artıq Azərbaycan tərəfi ilə bütün detallar razılaşdırılıb.

Qeyd edək ki, UEFA Belarus komandalarının ev oyunlarını öz ölkələrində keçirmələrini qadağan edib. Ötən mövsüm bu komanda təsnifat mərhələsində rəqiblərini ölkəmizdə qəbul etmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO