"Neftçi" - "Sabah" oyununun yeri yenidən DƏYİŞDİRİLDİ

"Neftçi" - "Sabah" oyununun yeri yenidən DƏYİŞDİRİLDİ

Hazırda oxunan: "Neftçi" - "Sabah" oyununun yeri yenidən DƏYİŞDİRİLDİ
207110
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misli Premyer Liqasının 3-cü turunun "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Məlumatda bildirilib: "Liv Bona Dea Arena"nın ot örtüyünün UEFA Konfrans Liqasının oyunu üçün qorunması məqsədilə "Zirə" klubunun "Neftçi" klubuna müraciəti, "Sabah"ın məlumatlandırılması və Peşəkar Futbol Liqasının yekun qərarı ilə 3-cü turun "Neftçi" - "Sabah" oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:

Misli Premyer Liqasının 3-cü turunun "Neftçi" - "Sabah" oyunu Konfrans Liqasının pley-off oyununda Azərbaycan futbolunun daha yaxşı infrastruktur ilə təmsil olunması məqsədilə əvvəlcədən elan olduğu kimi "Liv Bona Dea Arena"da deyil, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq".

Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" - "Sabah" görüşü saat 20:30-da start götürəcək. Daha əvvəl matçın yeri "Neftçi Arena"dan “Liv Bona Dea Arena”ya dəyişdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO