
- A-
- A
- A+
Səlahət Ağayevin yeni klubu məlum oldu
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Səlahət Ağayev yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 33 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. Son klubu “Səbail” olan Ağayev 2022-2023-cü illər mövsümündə də “Qəbələ”nin formasını geyinib.
O, karyerası ərzində Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016), “Neftçi” (2017-2021), “Sabah” (2021-22) və “Səbail”in (2023-24) də formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.
“Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































