Azərbaycan xaricdən pomidor idxalını niyə artırıb? – VİDEO

Azərbaycan xaricdən pomidor idxalını niyə artırıb? – VİDEO

Hazırda oxunan: Azərbaycan xaricdən pomidor idxalını niyə artırıb? – VİDEO
200933
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Türkmənistandan pomidor alışını kəskin artırıb. Hazırda marketlərdə pomidorun kiloqramı 1.50 qəpik-3 manat arası dəyişir. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Türkmənistandan 304,9 min dollar dəyərində 548 ton pomidor idxal edib. Bu dövrdə Türkmənistandan Azərbaycana idxal edilən pomidorun 1 kiloqramının idxal qiyməti 95 qəpik olub.

Bizim.Media xəbər verir ki, mövzuya istisadçı ekspert Xalid Kərimli münasibət bildirib.

O, ixracatın və idxalın daxili bazardakı  qiymətə təsiri barədə danışarkən qeyd edib ki, sahibkar xarici bazarla daxili bazardan qazandığı gəlirləri müqayisə edir:

“Xarici bazardan daha çox qazanarsa, məhsulu daxili bazara çıxarmır”.

Azərbaycan özü də iri pomidor ixracatçısıdır və xaricə böyük həcmdə pomidor ixrac edir. Yəni, xaricə satılan pomidorun 1 kiloqramının ixrac qiyməti 2,31 manat təşkil edib.

Ekspert deyir ki, ixracat olduqda da təbii ki, qiymət qalxır. Daxili bazarda isə məhsulun həcmi azalır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO