İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşündə İŞTİRAK EDİR - FOTO/VİDEO

İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşündə İŞTİRAK EDİR - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşündə İŞTİRAK EDİR - FOTO/VİDEO
200714
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb.

Bizim.Media xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Prezident İlham Əliyev tədbirdə iştirak edən TDT-nin dövlət və hökumət başçılarını qarşılayıb.
Azərbaycan liderinin təşəbbüsü ilə təşkil olunan sammitdə TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş Naziri Viktor Orban iştirak edirlər.

Bu il ilk dəfə olaraq TDT-yə üzv dövlətlərin başçıları qeyri-rəsmi Zirvə görüşündə bir araya gəlirlər. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha vurğulayır. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
 


İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşündə İŞTİRAK EDİR - FOTO/VİDEO - foto 1
İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşündə İŞTİRAK EDİR - FOTO/VİDEO - foto 2
İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşündə İŞTİRAK EDİR - FOTO/VİDEO - foto 3
İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşündə İŞTİRAK EDİR - FOTO/VİDEO - foto 4
İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının Zirvə görüşündə İŞTİRAK EDİR - FOTO/VİDEO - foto 5


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO