İlqar Muradov:

İlqar Muradov: "Bayağılıq əvvəllər də olub amma bu qədər yox..."

Hazırda oxunan: İlqar Muradov: "Bayağılıq əvvəllər də olub amma bu qədər yox..."
200698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Səviyyəli musiqilər var və olacaq. Amma şou-biznez biznes olduğu üçün müğənnilər tələbat nəyədirsə, qaçıb onu oxuyurlar ki, irəli gedib maddiyyət əldə etsinlər. Bayağılıq əvvələr də olub. Amma bu qədər yox. İndi niyə artıb? Çünki efirlər, televizya kanalları çoxdur, sosial şəbəkələr inkişaf edib".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti İlqar Muradov qonaq olduğu "YouTube"da yayımlanan "Künc-bucaq" layihəsində deyib.

Sənətçi bildirib ki, əvvəllər yalnız Azərbaycan Televiziyası (AzTV) vardı və efirə "Bədii şura" nəzarət edirdi.

Muradov teleməkanda senzuranın olmasının lehinə olduğunu vurğulayıb:

"Əvvəl dövlət televiziyası idi ki, ora da hər kəs buraxılmırdı. Bədii şurada mahnı, sözləri, ifa, hamısı nəzərə alınırdı, sonra efirə buraxılırdı. Həmin dövrdə də bayağı musiqilər var idi, amma bu qədər parlaq deyildi. Senzuraya həmişə ehtiyac var. Əslində indi var. Lakin özəl kanallar üçün işləmir. Onlar baxış üçün bunu edirlər. Başa düşürəm ki, onlar maaş verməlidirlər, öz büdcələri olmalıdır. Bu, ələkdir. Vaxtı var, gəlib gedəcək. Xalqın gözü tərəzidir. Bu həm də insanın səviyyəsi ilə bağlıdır".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO