Messi komanda yoldaşlarını evində qonaq etdi

Hazırda oxunan: Messi komanda yoldaşlarını evində qonaq etdi

19969

"Barselona"nın kapitanı Lionel Messi La Liqanın 34-cü turunda "Valensiya"ya 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra komanda yoldaşlarını evində qonaq edib.

Bizim.Media qol.az-a istinadən xəbər verir ki, bu gün argentinalı hücumçu evində nahar təşkil edib. O, son qələbəni qeyd etmək və "Atletiko" ilə oyundan əvvəl komandanın bir yerdə olmasına kömək etmək məqsədi ilə bu addımı atıb.

Nəşr yazıb ki, 33 yaşlı oyunçu Kataloniya təmsilçisində düzgün əhval-ruhiyyənin qurulmasında böyük rol oynayır.

Qeyd edək ki, "Barselona" La Liqada mayın 8-i "Atletiko"nu qəbul edəcək. Komanda (74 xal) qalib gəlsə, turnir cədvəlində lider Madrid təmsilçisini (76 xal) keçəcək. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO