Dünən İran prezidenti Məsud Pezeşkian dövlət televiziyasında hərbi qüvvələr və hakimiyyət arasında fikir ayrılığı olduğu barədə səsləndirilən fikirləri sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Mehr News" məlumat yayıb.
"Mən özümü hərbi qüvvələrdən ayrı hesab etmirəm. Özümü onlardan biri bilirəm və var gücümlə onları dəstəkləyirəm. Bunu da fəxr hesab edirəm", – deyə o, vurğulayıb.
İran prezidenti televiziya çıxışlarında hakimiyyətlə hərbi qurumlar arasında ziddiyyət olduğu barədə iddiaları səsləndirənləri ittiham edərək bildirib ki, bu cür açıqlamalar İsrailin maraqlarına xidmət edir.
"Belə açıqlama səsləndirən şəxs əslində İsrailin sözünü deyir. İsrail də məhz bu cür məlumatlar yayaraq ölkədə güc strukturları arasında qarşıdurma yaratmağa çalışır", – deyə Pezeşkian qeyd edib.
O əlavə edib ki, bu ittihamlar tamamilə əsassızdır və lazım gələrsə, hərbi qüvvələrlə birlikdə ön cəbhədə döyüşməyə hazırdır.
Bizim.Media































































































