Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hazırda oxunan: Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

625527

Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Azər Məmmədrəhimov əmr imzalayıb.

Əmrə əsasən, Hüseyn Cəfər oğlu Əsgərli "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin direktoru vəzifəsinə təyin olunub.
 

Təyinatdan əvvəl həmin müəssisədə direktor müavini vəzifəsində çalışan H.Əsgərli burada rəqəmsal transformasiya prosesinə, poçt və telekommunikasiya xidmətlərinin rəqəmsallaşdırılmasına, eləcə də süni intellekt və kibertəhlükəsizlik həllərinin tətbiqi istiqamətində innovativ layihələrin hazırlanmasına və icrasına rəhbərlik edib.


H.Əsgərli əmək fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində başlayıb və burada bir sıra rəhbər vəzifələrdə çalışıb.

O, sonrakı illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində sektor müdiri, Naxçıvan Dövlət Universitetində isə İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifələrində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO