“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

“Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

Hazırda oxunan: “Camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər”

625541

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri, sitat: “Heyvan bazarları ilə bağlı aparılan yoxlamalar 28 bazarın mövcud standartlara cavab vermədiyi üzə çıxmışdı. Bu bazarlarda baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmurdu. Buna görə də bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırıldı. Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi.

Gələcəkdə identifikasiya prosesi və ikinci Dövlət Proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq. Məqsədimiz odur ki, heyvanların A məntəqəsindən B məntəqəsinə daşınaraq bazarlarda sərgilənməsi və satışa çıxarılması əvəzinə, müasir heyvan satış birjaları (online satış) tətbiq edilsin”.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, sanki AQTA-nın son zamanlar atdığı bütün addımlar proseslərin çətinləşdirilməsini və qiymətlərin bahalaşdırılmasını hədəfləyib:

“Hörmətli AQTA, bütün dünya ölkələrində inkişaf trakteoriyası ənənələrə söykənir. İstənilən halda ənənələr vacib amildir. Azərbaycanda da min illik bazar ənənələri var. Həmin ənənələr bu gün də yaşayır. Hər kəs bəslədiyi heyvanı “mal bazarı”na çıxarıb satır, geri dönəndə isə zəruri ehtiyaclarını alır. Nəticədə insanlar təkcə heyvanını satmır, həm də zəruri ehtiyaclarını tədarük edib geri dönür və əlavə xərclərdən qurtulur. Yəni insanlar bazara təkcə satmaq üçün yox, həm də almaq üçün çıxırlar.
 

İndi bu ənənələri məhv edib “mal bazarı”nı digital formada təşkil etmək istəyirlər. Onlayn birja kimə lazımdır? Bir dənə quzu satmaq istəyən sadə insan hansı formada o birjada iştirak edə biləcək? Və bir quzunu satmaq üçün nə qədər gözləməli olacaq, çatdırılma neçə təşkil olunacaq?


İnsanda belə bir təsəvvür yaranır ki, AQTA-nın son zamanlar atdığı bütün addımlar proseslərin çətinləşdirilməsini və qiymətlərin bahalaşdırılmasını hədəfləyib. Elə bil kompyuter oyunları həvəskarları olan gəncləri bir yerə yığıblar, onlar da həyatı kompyuter oyunu sanır, hər şeyi online həll etməyin mümkünlüyünü düşünür, mal-heyvan saxlayanların əziyyətini anlamırlar, ənənələrə hörmət etmirlər.

Bəlkə də, məsələn, camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər, kompyuter arxasında oturub “müasirləşirlər”, anlamırlar ki, ənənəsiz, keçmişə söykənməyən gələcək olmur...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO