“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

Hazırda oxunan: “Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar
625500
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər bəzi sərnişinlər tərəfindən “Rome2Rio” platformasında Bakı–Tbilisi marşrutu üzrə göstərilən qatar biletlərinin qiymətləri ilə bağlı müraciətlər daxil olur.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq “Rome2Rio” platformasının ADY-nin rəsmi satış və ya tərəfdaş platforması olmadığı bildirilib.

“Həmin platformada Bakı–Tbilisi-Bakı marşrutu üzrə təklif olunan 9–19 ABŞ dolları məbləğində tariflər ADY tərəfindən təqdim edilməyib, razılaşdırılmayıb və real satış qiymətlərini əks etdirmir.
 

Platformada qeyd olunan tarif seçildikdə istifadəçi ADY-nin rəsmi internet səhifəsinə yönləndirilir. Lakin keçid zamanı həmin qiymətlə və göstərilən tarix üzrə biletin mövcud olmadığı aydın görünür. Bu da platformada təqdim edilən məlumatların ADY-nin faktiki satış sistemi ilə uyğunluq təşkil etmədiyini göstərir.


Bir daha diqqətə çatdırırıq ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletləri yalnız ADY-nin rəsmi satış kanalları vasitəsilə satışa çıxarılır. Bu marşrut üzrə ADY-dən daha ucuz və ya daha baha qiymət təklif edən hər hansı platforma rəsmi satış həyata keçirmir və həmin məlumatlar ADY-nin faktiki tariflərini əks etdirmir. Bu səbəbdən belə təkliflərə etibar etməməyinizi tövsiyə edirik”, - məlumatda vurğulanıb.

Həmçinin bildirilib ki, biletləri aşağıdakı rəsmi mənbələrdən əldə edə bilərsiniz:

- ADY-nin rəsmi internet saytı;

- ADY Mobile mobil tətbiqi; 

- Bakı, Gəncə və Tbilisi dəmiryol vağzallarının kassaları.

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar - foto 1
“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar - foto 2
“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO