
- A-
- A
- A+
Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO
Tədavülə yeni 100 manatlıq əsginas buraxılıb.
Bizim.Media “xezerxeber.az” istinadla xəbər verir ki, yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram və saxta əsginasların hazırlanmasını çətinləşdirmək üçündür "Spark Flov Prime" elementi tətbiq olunub.
İqtisadçı Fuad İbrahimov deyir ki, sözügedən yenilik İsveçrənin təhlükəsizlik texnologiyaları şirkəti SICPA tərəfindən hazırlanıb və yeni nəsil əsginaslarda geniş istifadə olunur.
Yeni pul nişanını işığa tutduqda dövlət gerbi və nominalın rəqəmi görünür. Həmçinin pula görmə qüsuru olanlar üçün tanıma elementi də tətbiq olunub.
Yenilənmiş 100 manatın üzərində Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































