XİN başçısı Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarını QƏBUL EDİB - FOTO 

XİN başçısı Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarını QƏBUL EDİB - FOTO 

Hazırda oxunan: XİN başçısı Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarını QƏBUL EDİB - FOTO 
198206
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarı Vopke Hukstranı qəbul edib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyi çərçivəsində əsas istiqamət və prioritetlər, milli və beynəlxalq səviyyədə görülən işlər, habelə COP29-a hazırlıq fəaliyyəti barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın prosesin davamlılığını və inklüzivliyini təmin etmək üçün öncəki COP sədrlikləri, o cümlədən beynəlxalq maliyyə təşkilatları, özəl sektor nümayəndələri də daxil olmaqla, bütün tərəflərlə yaxından işlədiyi diqqətə çatdırılıb.

Görüşdə həmçinin ölkəmizin “yaşıl enerji” sahəsində prioritetləri barədə qarşı tərəfə məlumat verilib.

Komissar Vopke Hukstra Azərbaycan tərəfindən COP29 sədrliyi çərçivəsində görülən işlərin vacibliyini, habelə bu istiqamətdə Aİ-nin mümkün dəstək və əməkdaşlıqda maraqlı tərəflərdən biri olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XİN başçısı Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarını QƏBUL EDİB - FOTO  - foto 1
XİN başçısı Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarını QƏBUL EDİB - FOTO  - foto 2
XİN başçısı Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarını QƏBUL EDİB - FOTO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO