Kərim Vəliyev Serbiyanın döyüş sistemləri zavodunu ziyarət edib - FOTO

Kərim Vəliyev Serbiyanın döyüş sistemləri zavodunu ziyarət edib - FOTO

Hazırda oxunan: Kərim Vəliyev Serbiyanın döyüş sistemləri zavodunu ziyarət edib - FOTO
198193
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə "Yugoimport SDPR" şirkətini ziyarət edib.

Baş Qərargah rəisi şirkətin məhsulları ilə tanış olduqdan sonra döyüş sistemləri zavoduna gəlib. Azərbaycan nümayəndə heyətinə zavodun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Daha sonra "Rastko Nemanyiç" hərbi şəhərciyi və xüsusi əməliyyatlar briqadası ziyarət olunub. Burada Azərbaycan Ordusunun Baş Qərargah rəisinə silah və texnika nümunələri təqdim edilib.

General-polkovnik K.Vəliyev sonda döyüş hazırlığı üzrə icra edilən fəaliyyətləri izləyib.

Kərim Vəliyev Serbiyanın döyüş sistemləri zavodunu ziyarət edib - FOTO - foto 1
Kərim Vəliyev Serbiyanın döyüş sistemləri zavodunu ziyarət edib - FOTO - foto 2




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO