Azərbaycan şahmatçısı dünya reytinqində 16-cı yerə yüksəlib

Azərbaycan şahmatçısı dünya reytinqində 16-cı yerə yüksəlib

Hazırda oxunan: Azərbaycan şahmatçısı dünya reytinqində 16-cı yerə yüksəlib
195139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734) dünya reytinqində iki pillə irəliləyərək 16-cı yerə yüksəlib.

Bizim.Media xəbər verir ki, o, FIDE-nin iyunun 1-nə olan reytinq cədvəlində ən yaxşı əmsala malik azərbaycanlı qrossmeysterdir.

Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2704) 30-cu, Rauf Məmmədov (2651) 82-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2830) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2805) ikinci, Hikaru Nakamura (ABŞ, 2794) üçüncüdür.
Qadın şahmatçıların siyahısında milli üzvlərindən Günay Məmmədzadə (2444) 29-cu, Gövhər Beydullayeva (2417) 39-cu, Ülviyyə Fətəliyeva (2399) 49-cu, Xanım Balacayeva (2385) 63-cü, Gülnar Məmmədova (2348) 99-cu yerdə qərarlaşıb.

Burada siyahıya Hou İfan (Çin, 2632) başçılıq edir. Onun ən yaxın izləyiciləri həmyerliləri Szyuy Venszyun (2558) və Ley Tinszedir (2548).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO