Ramin Məmmədovun deputat mandatı LƏĞV EDİLİR 

Ramin Məmmədovun deputat mandatı LƏĞV EDİLİR 

Hazırda oxunan: Ramin Məmmədovun deputat mandatı LƏĞV EDİLİR 

189895

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. 

Bizim.Media xəbər verir ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. 

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla R.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. 

O, 2020-ci ildə 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO