Niderlandda “Nizami Gəncəvi” poçt markaları nəşr edilib - FOTO

Hazırda oxunan: Niderlandda “Nizami Gəncəvi” poçt markaları nəşr edilib - FOTO

18872

Niderland Krallığındakı səfirliyimizin təşəbbüsü ilə Azərbaycanın böyük şairi və filosofu Nizami Gəncəvinin adına poçt markası nəşr olunub.

Bizim.Media "AzərTac"a istinadla xəbər verir ki, səfirliyimizin bu təşəbbüsü Nizami Gəncəvinin 880 illiyi çərçivəsində təşkil edilib. Poçt markası üzərində dahi şairimiz Nizami Gəncəvinin şəkli ilə bərabər “Nizami Ganjavi - 880” sözləri yazılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “Art Fest Nizami” festivalına start verildi - FOTO/VİDEO


Prezident İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, Niderlanddakı səfirliyimiz Azərbaycan şairi və mütəfəkkirinin bu ölkədə daha yaxından tanıdılması və təşviqi məqsədilə poçt markaları hazırlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO