İsraildə sakinlərə sığınacaqları tərk etməyə İCAZƏ VERİLDİ - FOTO/VİDEO

İsraildə sakinlərə sığınacaqları tərk etməyə İCAZƏ VERİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: İsraildə sakinlərə sığınacaqları tərk etməyə İCAZƏ VERİLDİ - FOTO/VİDEO
187076
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail Müdafiə Ordusunun komandanlığı İrandan raket və pilotsuz təyyarələrin kütləvi hücumundan sonra sakinlərə sığınacaqları tərk etməyə icazə verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti yazıb.

Hərbçilər qeyd ediblər ki, mülki vətəndaşların artıq mühafizə olunan yerlərdə olmasına ehtiyac duyulmur. Eyni zamanda, hər hansı kütləvi və maarifləndirici tədbirlərə məhdudiyyətlərin hələ də qüvvədə olduğu bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirmişdi ki, İran öz ərazisindən İsrailə doğru pilotsuz təyyarələr atıb. Ordu yüksək hazırlıq vəziyyətindədir və bütün hədəfləri izləyir. Daha sonra İsrail ordusu İrandan raket buraxılışlarını da qeydə aldığını bəyan edib. İslam İnqilabı Keşikçiləri Korpusu (İran silahlı qüvvələrinin elit bölmələri) pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə İsrailə qarşı kütləvi hücumu təsdiqləyib.

 



İsraildə sakinlərə sığınacaqları tərk etməyə İCAZƏ VERİLDİ - FOTO/VİDEO - foto 1

 
İsraildə sakinlərə sığınacaqları tərk etməyə İCAZƏ VERİLDİ - FOTO/VİDEO - foto 2

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO