Netanyahu xalqa müraciət edib: “Soyuqqanlı olun!” - VİDEO 

Netanyahu xalqa müraciət edib: “Soyuqqanlı olun!” - VİDEO 

Hazırda oxunan: Netanyahu xalqa müraciət edib: “Soyuqqanlı olun!” - VİDEO 
187057
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İsrail vətəndaşları, son illərdə və hətta son həftələrdə İrandan birbaşa hücum ehtimalına hazırlaşır. Hazırda Müdafiə sistemlərimiz hazır vəziyyətə gətirilib. Biz həm müdafiədə, həm də hücumda istənilən ssenariyə hazırıq. İsrail dövləti güclüdür, İDF güclüdür, ictimaiyyət güclüdür”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.

O, bir sıra ölkələrə dəstəyə görə tıəşəkkür edib: “ABŞ-ın dəstəyini, eləcə də Böyük Britaniya, Fransa və bir çox digər ölkələrin dəstəyini yüksək qiymətləndiririk.

Mən aydın bir prinsip qurmuşam - kim bizi incidirsə, biz də incidirik. Biz özümüzü istənilən təhlükədən qoruyacağıq və bunu soyuqqanlılıqla, qətiyyətlə edəcəyik. 

Lakin siz, İsrail vətəndaşları, soyuqqanlı olun. Mən sizi Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə çağırıram. Biz birlikdə dayanacağıq və Allahın köməyi ilə bütün düşmənlərimizi birlikdə məğlub edəcəyik”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO