Dünyada 50 milyon insan Azərbaycan dilində DANIŞIR - DİM sədri

Dünyada 50 milyon insan Azərbaycan dilində DANIŞIR - DİM sədri

Hazırda oxunan: Dünyada 50 milyon insan Azərbaycan dilində DANIŞIR - DİM sədri

181157

Azərbaycan dili proqramı və imtahan modeli ümumavropa çərçivə sənədi (CEFR – The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahanı Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Bu şəxslər imtahanlardan AZAD olunacaq" – Məleykə Abbaszadə


O qeyd edib ki, CEFR dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə modeldir.

M.Abbaszadə deyib ki, 50 milyon insan Azərbaycan dilində danışır və anlayır:

“Onlar təkcə Azərbaycanda yaşamırlar. Bununla belə istəyirlər ki, uşaqları, nəvələri Azərbaycan dilini bilsin. Ona görə Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı modeli hər kəs üçün faydalı hesab edilir”.

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO