
- A-
- A
- A+
İdman
23:27 / 25.02.2024
1 dəq oxunma
Musa Qurbanlının komandası 1/4 finalın bir addımlığında
Hazırda oxunan: Musa Qurbanlının komandası 1/4 finalın bir addımlığında
179850
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanlı hücumçu Musa Qurbanlı İsveç kubokunda ikinci oyununu keçirib.
Bizim.Media xəbər verir ki, onun komandası səfərdə “Yunayted Nordik”ə böyük hesabla qalib gəlib.
İlk oyunda “Şkovde”ni 2:0 məğlub edən “Yurqorden” bu dəfə rəqib qapısından 5 cavabsız top keçirib. Oyuna ehtiyatda başlayan Qurbanlı meydana 72-ci dəqiqədə daxil olub.
Bu qələbədən sonra “Yurqorden” 1-ci pillədə qərarlaşıb. Qurbanlının komandası kimi, "Göteborq"un da 6 xalı var. Tərəflər son turda qrup qalibini müəyyənləşdirəcəklər. Kubokun reqlamentinə görə, 1-ci yeri tutan 1/4 finala yüksələcək.
Qeyd edək ki, “Yurqorden” - “Göteborq” matçı martın 3-də baş tutacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































