"Qarabağ" futbolçusunun onunla görüşmək istəyində olan kiçik azarkeşi ilə səmimi GÖRÜŞÜ – VİDEO 

Hazırda oxunan: "Qarabağ" futbolçusunun onunla görüşmək istəyində olan kiçik azarkeşi ilə səmimi GÖRÜŞÜ – VİDEO 

179639

"Qarabağ" futbol klubunun oyunçusu Nəriman Axundzadə azyaşlı azarkeşi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, fevral ayının 22-də "Qarabağ" və "Braqa" arasında keçirilən oyunda Nəriman Axundzadənin qolu komandasını UEFA Avropa Liqasının 1/8 mərhələsinə yüksəldib.

Oyunu ekran qarşısında izləyən balaca azarkeş ağlayaraq valideynlərinə hücumçu ilə görüşmək istədiyini deyib. 
Sosial şəbəkələrdə xeyli baxış sayı toplayan duyğusal görüntüləri görən futbolçu onunla görüşüb. Nəriman Axundzadə ilə yanaşı klubun digər oyunçusu Tural Bayramov da azyaşlı ilə görüşərək, onunla səmimi söhbət edib.

 






Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO