Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə GETDİ - VİDEO

Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə GETDİ - VİDEO

Hazırda oxunan: Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə GETDİ - VİDEO

178090

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfərə yola düşüb. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan səfəri çərçivəsində misirli həmkarı ilə görüşəcək. 

Görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurması və regional məsələlər müzakirə ediləcək. 

Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO