Lavrovun müavini: “Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır”

Lavrovun müavini: “Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır”

Hazırda oxunan: Lavrovun müavini: “Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır”

170158

“Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maralıdır”. 

Bizim.Media xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko dekabrın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşü zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Səməd Seyidov Rusiya XİN başçısının müavinini qəbul edib - FOTO


O, ölkələrimiz arasında mövcud olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin əhəmiyyətindən danışıb, ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirib. 

Qonaq 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarının həyata keçirilməsinin və tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiya və Azərbaycan arasında parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO