Ordumuz səfərbərlik təliminə BAŞLADI – FOTO/VİDEO  

Ordumuz səfərbərlik təliminə BAŞLADI – FOTO/VİDEO  

Hazırda oxunan: Ordumuz səfərbərlik təliminə BAŞLADI – FOTO/VİDEO  

162855

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində motoatıcı bölmələr ilə komanda-qərargah səfərbərlik təlimi keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Təlimə birlik və birləşmələrin qərargahları, həmçinin bölmə komandirləri cəlb olunub. 

Səfərbərlik təlimi zamanı motoatıcı bölmələrin komplektləşdirilməsi, döyüş uzlaşmasının təşkili, döyüş təyinatlı rayona yerdəyişmənin keçirilməsi, ərazidə yerləşmə üzrə hesabatların dəqiqləşdirilməsi və növbəti tapşırıqların icrasına hazırlıq üzrə müvafiq fəaliyyətlər yerinə yetirilib. 
 





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO