Beyləqanda ağır qəza: 2 nəfər xəstəxanalıq oldu - FOTO/VİDEO

Beyləqanda ağır qəza: 2 nəfər xəstəxanalıq oldu - FOTO/VİDEO

Hazırda oxunan: Beyləqanda ağır qəza: 2 nəfər xəstəxanalıq oldu - FOTO/VİDEO
160973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Aran Qəsəbəsi - Bəhrəmtəpə magistral yolunun Beyləqan rayon Türklər qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki yük maşını bir-birinə çırpılıb, nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar, 1990-cı il təvəllüdlü Qasımov Elçin Yaqut oğlu və 1982-ci il təvəllüdlü Qaraşov Vüsal Dilən oğlu təcili tibbi yardım briqadası tərəfindən Beyləqan mərkəzi rayon xəstəxanasına çatdırılıb. 

Həkimlərin səyi nəticəsində hər iki yaralı həyatı təhlükəni geridə qoyub.

Əldə edilən məlumata görə, Qaraşov Vüsal Dilən oğlu göz almasının yad cisim olması ilə dəlib keçmiş yarası,  ayağın digər və dəqiqləşdirilməmiş hissəsinin əzilməsi səbəbinə görə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılır. 

Faktla bağlı araşdırma başlanılıb.
 


Beyləqanda ağır qəza: 2 nəfər xəstəxanalıq oldu - FOTO/VİDEO - foto 1
Beyləqanda ağır qəza: 2 nəfər xəstəxanalıq oldu - FOTO/VİDEO - foto 2
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO