Paytaxtda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti DAYANDIRILDI 

Hazırda oxunan: Paytaxtda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti DAYANDIRILDI 

159467

Bakıda qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən ictimai-iaşə müəssisəsi barədə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, daxil olan müraciət əsasında paytaxtın Nizami rayonunun Ş.Qurbanov küçəsindəki Tağıyeva Bəturə Həqiqət qızına məxsus ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları plandankənar yoxlama keçiriblər. 

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyənləşdirilib.

Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, eləcə də xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. 

Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. 
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO