İsraildən Türkiyəyə səfər edən vətəndaşlar siyahıya ALINACAQ 

İsraildən Türkiyəyə səfər edən vətəndaşlar siyahıya ALINACAQ 

Hazırda oxunan: İsraildən Türkiyəyə səfər edən vətəndaşlar siyahıya ALINACAQ 

159259

Bu gündən etibarən İsraildən Türkiyəyə hava yolu ilə səfər edən vətəndaşlar siyahıya alınır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazir bildirib ki, oktyabrın 7-də HƏMAS qruplaşmasının Qəzza zolağından İsrailə hücumu nəticəsində yaranmış mövcud vəziyyətlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi, aviasiya şirkətləri və İsrailin müvafiq dövlət strukturları iki ölkə arasında hava nəqliyyatına dair müzakirələr keçiriblər. 
Davam edən qarşıdurmaların hava məkanına və aeroportların təhlükəsizliyinə təsiri ilə əlaqədar bəzi aviaşirkətlər tərəfindən oktyabrın 7 və 8-də İsrailə olan uçuşlar ləğv edilib.

İsraildən Türkiyəyə uçuşlar isə gecikməli də olsa, insidentsiz tamamlanıb. Hazırda Türkiyə-İsrail arasındakı bütün uçuşlar bərpa olunub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO