Xaçmazda  "44 günlük savaşın 444 cəngavəri" kitabının təqdimatı olub - FOTO 

Hazırda oxunan: Xaçmazda  "44 günlük savaşın 444 cəngavəri" kitabının təqdimatı olub - FOTO 

159115

Xaçmazda əməkdar jurnalist Əntiqə Qonağın müəllifi olduğu "44 günlük savaşın 444 cəngavəri" kitabının təqdimatı olub. 

Bizim.Media xəbər verir ki, bu münasibətlə keçirilən toplantıda şəhid ailələri, qazilər, rayon rəhbərliyi, ziyalılar iştirak edib. 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda əslən xaçmazlı olan müəllifin bu kitabının Qarabağ münaqişəsində və Vətən müharibəsində şəhid olan xaçmazlı döyüşçülərin xatirəsinə həsr etdiyi və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə müsbət təsir vasitəsi olacağı bildirilib.  

Sonda tədbir iştirakçılarına "44 günlük savaşın 444 cəngavəri" kitabı hədiyyə edilib.  


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO