“Qadınlar cinsi azlıqların yanında özlərini daha rahat HİSS EDİRLƏR” – Psixoloq 

“Qadınlar cinsi azlıqların yanında özlərini daha rahat HİSS EDİRLƏR” – Psixoloq 

Hazırda oxunan: “Qadınlar cinsi azlıqların yanında özlərini daha rahat HİSS EDİRLƏR” – Psixoloq 

157554

Bu gün cəmiyyətimizdə cinsi azlıqlara münasibət sürətlə dəyişir. Əvvəllər cinsi azlıqlar cəmiyyətdən uzaqlaşdırılırdısa, indi artıq sürətlə inteqrasiya olunurlar. Hazırda cinsi azlıqla müsahib olmaq, eyni ortamı bölüşmək adi hal halıb. Bu məsələdə qadınlar, xüsusilə, fərqlənirlər. Qadınlar cinsi azlıqlarla çox rahat şəkildə davranır və onlarla uzun zaman birgə vaxt keçirirlər.

Bəs, qadınlar cinsi azlıqların yanında niyə özlərini bu qədər rahat hiss edirlər?

Mövzu ilə bağlı tanınmış psixoloq Ülviyyə Murtuzovanın fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, qadınlar cinsi azlıqların yanında özlərini rahat hiss etməsinin bır sıra səbəbləri var:

“Bəzi qadınlar özgüvənsizlikdən, artıq çəki və yaxud hansısa kompleksdən əziyyət çəkir. Bu və digər səbəblərə görə də qadınlar əks cinsin qarşısında özlərini diskomfort hiss edirlər. Lakin, cinsi azlıqların yanında çox rahat olurlar. Sanki, onlara cinsəl yaxınlıq hiss edirlər. 

Necə ki bir rəfiqəmlə oturub öz kompleksimdən və özümdə gördüyüm nöqsanlardan danışıram və onunla birgə çözüm yollarını axtarıram, ən başlıcası onun köməyini və dəstəyini istəyirəm, bax cinsi azlıqla ünsiyyətdə də bu qədər rahat və sərbəst oluram. Bir sözlə, qadınlar cinsi azlıqlarla çox rahat şəkildə müzakirələr və məsləhətləşmələr apara bilirlər. 

Üstəlik, cinsi azlığı cinsəl olaraq qadınlar özlərinə yaxın bilirlər. Və burda bir məsələ də var.

Bu da o deməkdir ki, qadınlar bəzi kişilərdən gördükləri aqressivliyi cinsi azlıqlardan görmürlər. Bir sözlə qadınlar cinsi azlıqları vizual olaraq kişi qiyafəsində görsələr də fizioloji olaraq, onları qadın kimi qəbul edirlər. Və onlarla ünsiyyətdən daha çox mənəvi zövq alırlar”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO